Ərdoğan: "Aşağı gəlirli insanların sıxıntı içərisində olduğunu bilirik"

Ərdoğan:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kızılcahamam düşərgəsində bəzi millət vəkilləri ilə görüşündə maraqlı açıqlamalar verib. 


Dövlət başçısı aşağı gəlirli insanların sıxıntı içərisində olduğunu bildiyini deyib.


Sfera.az bildirir ki, Ərdoğan sosial media vasitəsi ilə iqtidar qurulmadığını, çalışaraq səs toplamağın lazım olduğunu vurğulayıb. Prezident bu seçkilərdə də qalib gələcəklərini bildirib:


“Bu seçkiləri də qazanacağıq, çalışacağıq. Biz yaxşı görünürük, yaxşı vəziyyətdəyik. Siz 6-lı masanın dediklərinə fikir verməyin. Bu ölkəni idarə etmək asan deyil. Quraqlıq oldu, ardından pandemiya başladı, sonra da Rusiya-Ukrayna müharibəsi gündəmə gəldi. Bütün bunlara rəğmən, biz sərmayə qoymağa davam etdik, çarxlarımız işlədi. Düzdür, aşağı gəlirli insanlar sıxıntı içərisindədir, biz bunun fərqindəyik, lakin bu şəxslərlə bağlı da addımlar atılacaq. Bizim üçün millətin nə dediyi önəmlidir, sosial medianın yox. Mən əvvəl də deyirdim "Twitter" “cızıltıdır” sadəcə…”.


Ərdoğan preяident seçkilərinədək aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşacağını da qeyd edib:


“6-lıq masaya baxın, hələ ki, namizəd yoxdur. Bu masanın alt, sağ və sol tərəfi var. Onların nə işlə məşğul olduqları bəlli deyil. Bizim seçkilərlə bağlı problemimiz yoxdur. Çalışacağıq ki, heç kimi incitmədən, aztəminatlı təbəqənin də vəziyyətini yüngülləşdirək, seçkini keçirək. Meydanda rahat olun. CHP bələdiyyələrinin nə etdiyini gördünüz. Biz daha çox təşkilati işlərə diqqət yetirəcəyik. Biz çox güclü təşkilatıq. 12 milyon üzvümüz var. Bunların hərəsi bir səs gətirsəydi, 24 milyon səs olardı. Fermerlərin gübrə problemi ilə bağlı yeni addımlar atırıq. Problemi həll edirik. Bir sıra investorlarla danışdım. Bu sahəyə lazımi investisiyalar yatırılacaq. Bu məsələ Türkiyənin gündəmindən çıxacaq”.


Qeyd edək ki, Türkiyədə 2023-cü ilin iyun ayında prezident seçkiləri keçiriləcək.

 

İnci
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR