ABŞ Türkiyəyə xəbərdarlıq mesajı göndərdi: "Almayın!"
Son həftələr gündəmdən düşməyən “taxıl böhranı” ilə bağlı diqqətçəkən açıqlamalar verilib.
Sfera.az xarici KİV-ə istinadən bildirir ki, müharibə başlayandan sonra Kiyev administrasiyası Rusiyanın Ukraynaya məxsus taxılı ələ keçirdiyini və bəzi ölkələrə sataraq gəlir əldə etdiyini bildirib. Vaşinqton administrasiyası da bu iddianı dəstəkləyir. ABŞ-ın aparıcı qəzetlərindən olan “Wall Street Journal”a danışan bir diplomatın açıqlamaları isə məsələyə yenidən diqqət çəkib.
ABŞ-ın Kiyevin bu məsələ ilə bağlı açıqlamalarını dəstəklədiyini bildirən və adının çəkilməsini istəməyən avropalı diplomat, Ağ Ev rəhbərliyinin son həftələrdə bir çox ölkəyə xəbərdarlıq mesajları göndərdiyini deyib. Diplomat sözlərinə belə davam edib:
“ABŞ Dövlət Departamenti son həftələrdə bəzi ölkələrin hökumətlərinə Rusiyanın talan etdiyi və Ukraynaya məxsus taxılları qəbul etməyəcəkləri barədə bildiriş göndərib. ABŞ-dan xəbərdarlıq alan ölkələr arasında Türkiyə, Misir, Liviya, Pakistan, Hindistan, Eritreya və Efiopiya da var.
Türkiyəyə gedən Rusiya xarici işlər naziri Sergey Lavrovla bu məsələnin müzakirə ediləcəyi gözlənilir”.
Əzizə Zeynal
Sfera.az