Türkiyə Finlandiya və İsveçə 10 bəndlik şərt təqdim etdi
Türkiyə NATO-ya üzvlük üçün Finlandiya və İsveçə 10 bəndlik şərt təqdim edib.
Sfera.az həmin maddələri təqdim edir:
1. PKK, DHKP/C, DEAŞ, FETÖ və onların törəmələri də daxil olmaqla terror təşkilatları ilə mübarizədə Türkiyəyə dəstək vermək
2. Terrorla mübarizə üçün iki ölkənin lazımi hüquqi tənzimləmə və hüquqi infrastruktur yaratması
3. PKK-nın öz ölkələrindəki nümayəndəliklərinin bağlanması və açılması cəhdlərinin qarşısını almaq
4. İki ölkədə həyata keçirilən FETÖ fəaliyyətlərinə icazə verilməməsi, əlaqəli internet saytları və media orqanlarının bağlanması
5. Ekstradisiya, aktivlərin dondurulması və terrorla əlaqəli təşkilatların bağlanması tələblərinin yerinə yetirilməsi
6. İsveç və Finlandiyada terrorla əlaqəsi olan şəxslərin deportasiyası və ekstradisiyası
7. PKK və DHKP-C kimi terror təşkilatlarının nümayiş keçirməsinə icazənin verilməməsi
8. Türkiyə ilə kəşfiyyat məlumatlarını paylaşmaq
9. Türkiyəyə qarşı müdafiə sənayesi məhdudiyyətlərinin aradan qaldırılması
10. İsveç və Finlandiyanın NATO-ya üzv olacağı halda, bu öhdəlikləri yerinə yetirməsi.
Qeyd edək ki, Türkiyənin NATO-ya üzvlüklə bağlı mənfi münasibətini dəyişmək üçün İsveç və Finlandiya Ankaraya nümayəndə heyəti göndərib. Prezident Kompleksində iki ölkənin NATO-ya üzvlük müraciətlərinə dair məsləhətləşmələr toplantısı keçirilib.
Günay Rəsulqızı
Sfera.az