Tarixin ən böyük xəzinəsindən yeni görüntülər - FOTO
Dünya
12:04 / 08.06.2022
173
300 il əvvəl Karib dənizində İspan gəmiləri ilə Britaniya gəmiləri arasında baş verən qarşıdurmada batan İspaniyanın “San Xose” gəmisi ətrafında mübahisələr yaranıb.
Sfera.az xəbər verir ki, tarixin ən böyük gəmisi olan bu gəmidə təxminən 18 milyard dollar dəyərində qiymətli metal var. Gəmi 1708-ci ildə batdığı zaman Amerika qitəsinin xəzinələrini Avropaya aparırmış. Mütəxəssislərin fikrincə, San Xosedəki qızıl və qiymətli metalların dəyərinin bugünkü hesabla 18 milyard dollar olduğu təxmin edilir. Gəmidəki qızıl, gümüş və zümrüdlərin ümumi çəkisinin 200 ton olduğu bildirilir.
Hazırda İspaniya, Boliviya və Kolumbiya arasında gəminin özlərinə aid olması ilə bağlı mübahisə hökm sürür.
Gəmidən yeni görüntüləri təqdim edirik:
İnci
Sfera.az