Bakıdan uçan təyyarə geri qayıtmalı oldu - SƏBƏB

Bakıdan uçan təyyarə geri qayıtmalı oldu - SƏBƏB

“Buta Airways” aviaşirkətinin Bakı-Tbilisi marşrutu üzrə J2-9225 saylı reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ərazisində hava şəraitinin kəskin pisləşməsi (tufan) səbəbindən uçuş hava limanına  qayıtmaq  qərarına gəlib.

 

Bu barədə Sfera.az-a AZAL-dan məlumat verilib.

 

Bildirilib ki, təyyarə saat 23:19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla yerə enib.

 

Şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra bu reysin sərnişinləri Tbilisiyə yola düşəcəklər.


OXŞAR XƏBƏRLƏR