ABŞ-da iki yaşlı uşaq atasını güllələyib öldürdü: Anası həbs edildi - FOTO

Kriminal
00:07 / 08.06.2022
223
ABŞ-da iki yaşlı uşaq oynayarkən atasını kürəyindən güllələyib.
Sfera.az NBC News-a istinadən xəbər verir ki, hadisə Florida ştatında baş verib. Polisin məlumatına görə, uşağın 26 yaşlı anası Mari Roz Ayala silahı kiçik oğlundan gizlətməyi unudub.
O bildirib ki, atışma zamanı həyat yoldaşı və üç övladı ilə həmin otaqda olublar. Qadın həbs edilib.
“Uşaqlara zərər dəyməyib, lakin çox güman ki, onlar həmişəlik emosional travma ilə qalacaqlar. Həm də onlar faktiki olaraq hər iki valideynlərini itirdilər, eyni zamanda təsadüfən atasının kürəyinə atəş açan uşaq onun hərəkətinin valideyninin ölümünə səbəb olduğunu bilərək böyüməli olacaq”, - deyə Orinc dairəsinin şerifi Con Mina bildirib.