Azərbaycanda AĞIR QƏZA: Maşın iki yerə bölündü - FOTO/VİDEO

Azərbaycanda AĞIR QƏZA: Maşın iki yerə bölündü - FOTO/VİDEO

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə Biləsuvar şəhərində, Nizami küçəsinin yolayrıcında qeydə alınıb.

 

Belə ki, hadisə zamanı “Mitsubishi” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən “VAZ 2106” markalı minik avtomobili iki yerə parçalanıb.

 

Onun sürücüsü ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

(qafqazinfo)


OXŞAR XƏBƏRLƏR