Qeyri-neft sektoru üzrə ixracda nə qədər ARTIM olub?
“2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 280,6 milyon dollar və ya 30,9% artıb”.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi açıqlayıb.
2022-ci ilin yanvar-may ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 219,2 milyon dollar olub. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 8 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49,8%, pambıq iplik ixracı 23,7%, pambıq lifi ixracı isə 14,5% artıb.
2022-ci ilin may ayı üzrə ixrac 3,6 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,7% təşkil etməklə 222,4 milyon dolları olub. 2022-ci ilin may ayı ərzində yeyinti məhsulları üzrə ixrac 66,4 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 24,7% artaraq 156 milyon dollar olub.
Vasif
Sfera.az