İbrahim Tatlısəs üsyan etdi: “Ailəmi məhv etdilər, haqqımı halal etmirəm”
Türkiyəli müğənni İbrahim Tatlısəs son paylaşımı ilə gündəm olub.
Sfera.az bildirir ki, ifaçı sosial şəbəkə hesabında izləyiciləri ilə üsyan dolu fikirlərini bölüşüb.
“İzmirdə balaca bir ailəm var dedim, bunu məhv etdilər. Mən o ailəni böyüdəcəkdim, bundan sonra Allahdan başqa kimə hesab verəcəm? Heç kimə. Etdiyimi etmişəm. Hər kəsin həyatı təmin olunub. Kim səbəb oldusa, Allah öz bildiyi kimi etsin, haqqımı halal etmirəm”, - deyə müğənni qeyd edib.
Tatlısəsin bu sözləri kimə həsr etdiyi isə bilinmir.
Qeyd edək ki, sonuncu dəfə İbrahim Tatlısəs özündən 43 yaş kiçik Gülçin Karakayaya ilə eşq yaşayıb, lakin cütlüyün münasibəti uzun sürməyib. Karakaya Tatlısəsin barışıq təklifini də qəbul etməyib. Müğəninin, həmçinin son dövrdə oğlu ilə problemlərinin olduğu da bildirilib.
Türkan
Sfera.az