Bu ölkə buğda ixracı kvotasının müddətini uzadacaq

Bu ölkə buğda ixracı kvotasının müddətini uzadacaq

Qazaxıstan buğda ixracına tətbiq etdiyi kvotanı uzatmağı planlaşdırır.


Sfera.az xatırladır ki, Qazaxıstan iyunun 15-də başa çatacaq buğda və buğda ununun ixrac kvotası müddətini sentyabrın 1-dək uzatmağı düşünür.


Qazaxıstan Kənd Təsərrüfatı naziri Yerbol Karaşukeyev, “iyunun 15-dək qüvvədə olan mövcud kvotalar uzadılacaq. Hazırda məsələni müzakirə edirik və kvotalar çox güman ki, sentyabrın 1-dək uzadılacaq”, - deyib. Karaşukeyev daha əvvəl qlobal buğda qiymətlərinin artdığı bir vaxtda verdiyi açıqlamada ölkədə çörəyin bahalaşmasını gözləmədiklərini bildirib.


Hazırda Qazaxıstan yerli treyderlərə 1 milyon ton buğda və 300 min ton buğda unu ixrac etməyə icazə verir. FAO-nun 2020-ci il məlumatlarına görə, Qazaxıstan dünyada doqquzuncu ən böyük buğda və ikinci ən böyük buğda unu ixracatçısıdır. Rusiyanın işğalından sonra dünyanın 5-ci ən böyük ixracatçısı olan Ukraynanın limanlarının bağlanması ilə ölkədə 20 milyon ton buğda qalıb və qlobal ərzaq böhranı riski yaranıb.


Vasif
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR