Banklar niyə dollar almaq istəmir? – Bu tələbin AZALMA SƏBƏBLƏRİ

Banklar niyə dollar almaq istəmir? – Bu tələbin AZALMA SƏBƏBLƏRİ

Azərbaycanda bu gün keçirilən valyuta hərracında dollara tələb minimum səviyyədə olub.

 

Sfera.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, hərracda tələb 18,2 milyon ABŞ dolları olub və tələb tam təmin edilib.

 

Bu məbləğ 2022-ci ildə keçirilən hərraclarda qeydə alınan ən aşağı məbləğdir. Cari ildə ən aşağı tələb mayın 26-da keçirilən hərracda olmuşdu. Həmin hərracda dollar alışının məbləği 24 milyon idi.

 

Hərracların nəticələrinin təhlili göstərir ki, bu il dollara tələb zəifdir və tələbdə azalma may ayından bir qədər də güclənib.

 

Birinci rübdə AMB 23 hərrac keçirmişdi. Həmin hərraclarda 1,624 milyard dollar və ya hər hərracda orta hesabla 70,62 milyon dollar satılıb.

 

Birinci rübdə tələbdə sabitləşmə müşahidə edilib və AMB valyuta bazarına müdaxilə edərək bazardan 132,9 milyon dollar alıb.

 

Apreldən tələb sabit qalsa da may ayından tələbdə ciddi azalma qeydə alınıb. Belə ki, mayda banklar ümumilikdə 8 hərracda 288 milyon dollar və ya hər hərracda orta hesabla 36 milyon dollar alıblar.

 

İyun ayında da vəziyyət dəyişməyib və keçirilən 2 hərracda cəmi 74,6 milyon dollar satılıb.

 

Müqayisələr göstərir ki, son 40 gündə banklar dollar alışını kifayət qədər azaldıb.

 

Dollar alışının azalmasına səbəb olan əsas amillərdən biri neftin dünya bazarında qiymətinin yüksəlməkdə davam etməsi nəticəsində gözləntilərin yaxşılaşmasıdır. Gözləntilərin yaxşılaşması valyuta bazarına əlavə sabitləşdirici təsir göstərir və əhali, sahibkar əlavə dollar alışını həyata keçirmir.

 

Digər tərəfdən ölkə iqtisadiyyatının xarici valyutada olan gəlirləri artır, ölkəyə hərraclardan kənar valyuta axını güclənir. İxrac malları üzrə dünya qiymətlərinin yüksəlməsi və qeyri-neft ixracının artmaqda davam etməsi tədiyə balansının cari əməliyyatlar hesabında profisiti artırır ki, bu da dollara olan tələbi zəiflədən amillərdəndir.

 

İndi banklar dollara olan tələbi daha çox daxili bazar əməliyyatlarından əldə edir.

 

Qeyd edilən səbəblərdən banklarda nağd dollar alışının həcmi satış səviyyəsinə çatıb.

 

Böyük ehtimalla neftin yüksək qiymət səviyyəsi qaldıqca banklarda dollar tələb aşağı olacaq.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...