"O həyatda olduğu müddətcə Papa istefa verməyəcək" - Gündəmi alt-üst edən xəbərin TƏFƏRRÜATLARI

Xəbər verdiyimiz kimi, son bir neçə gündür Vatikan dairələrində Papanın istefaya getməyə hazırlaşdığı barədə şayiələr yayılıb. Buna səbəb isə 85 yaşlı Papa Fransiskin səhhətidir. 


Papanın həqiqətən istefa ehtimalı varmı? 


Sfera.az bildirir ki, bununla bağlı İtaliya mətbuatında bir neçə iddia səsləndilir. Belə ki,  Papa Fransisin vəzifəyə ilk gəlişində istefaya mənfi münasibət bəsləmədiyi qeyd olunub. Ancaq nəzərə almaq lazımdır ki, sentyabr ayında verdiyi müsahibədə o, kolon əməliyyatından sonra istefa verməyi düşündüyü ilə bağlı deyilənləri təkzib edib: “Ağlımdan belə keçmədi”.


Yenə İtaliya mətbuatının məlumatına əsasən, istefa iddiasının inandırıcı olmayan tərəfi ondan ibarətdir ki, Françesko əvvəlki Papa Benedetto 16 (95) sağ ikən istefa verərsə, Vatikanda ikisi təqaüdçü, biri də aktiv olmaqla 3 papa olacaq: “13-cü əsrdən bəri istefa verən ilk papa olan Benedetto 16-nın hələ də Vatikanda yaşaması və papaların geyindiyi ağ paltarlardan əl çəkməməsi “ikilik” probleminin qaynağı olaraq görülür”. ABŞ-dakı Kean Universitetindən kilsə tarixçisi Kristofer Bellito da bildirib ki, Papa Françesko istefa versə belə, sələfi Benedetto 16 sağ ikən bunu etməyəcək.


Papanın istefa etməməsinin daha bir səbəbi var. Bu, 2023-cü ilin oktyabrında keçiriləcək sinod (yepiskoplar məclisi) sammitidir. Papanın katolik kilsəsinin fəaliyyəti ilə bağlı bu mühüm sammitin nəticəsini gözləmədən istefa vermək ehtimalı azdır. 


İstefa iddialarına Papaya yaxın adlardan biri olan Honduraslı kardinal Oskar Rodrigez Maradiagadan da reaksiya gəlib. İspan dilli katolik xəbər saytı “Religion Digital”ə danışan kardinal,  iddiaları "optik, zehni illüziyalar" kimi qiymətləndirib. 


ABŞ-da yerləşən “National Catholic Reporter” saytının Vatikan müxbiri Kristofer Uayt “The Guardian” qəzetinə verdiyi açıqlamada istefa şayiələrini mümkün hesab etmədiyini bildirib və əlavə edib: "Son 10 ildə Papa haqqında öyrəndiyim ən mühüm şey odur ki, o, bizi təəccübləndirməyə davam edir. Görünür, o, bundan böyük həzz alır”.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...