Ermənistan yeni peyk icarəyə götürdü – Yerevanın hədəfi nədir?

Ermənistan yeni peyk icarəyə götürdü – Yerevanın hədəfi nədir?

“Ermənistan peyk idarəetmə sistemini də SATLANTİS-dən aldı. Görəsən, Yerevanın sərhədlərin delimitasiyasını uzatmağı peyk məsələsi ilə əlaqəli olubmu?”.


Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib. O, sözügedən peykin hansı məqsədlərlə istifadə ediləcəyi barədə danışıb: 

 

“İspaniyanın SATLANTİS kosmik texnologiyalar şirkəti ötən ay orbitə qaldırılan və Ermənistana icarəyə verdiyi Urdaneta-Armsat1 peyki ilə bağlı yeni açıqlama yayıb. Açıqlamada adı çəkilən peykin idarəetməsi üçün gərəkli olan sistemin də Ermənistanın Yüksək texnologiyalar Nazirliyi yanında Geokosmos qurumuna veriləcəyi bildirilib. Məlum olduğu kimi, Ermənistan 2023-cü ildə özünün peyk idarəetmə mərkəzini quracağını bildirmişdi. Urdaneta-Armsat1 isə indiyədək İspaniyanın adı çəkilən şirkəti tərəfindən idarə olunurdu. SATLANTİS gələcəkdə Ermənistanda kosmik sənayenin inkişafına, kadrların hazırlanmasına dəstək verəcəyini də açıqlayıb. Ermənistan Urdaneta peykindən alınan informasiyalardan yerin müşahidəsi, sərhədlərə nəzarət, ekologiya və monitorinq məqsədləri üçün istifadə ediləcəyini bildirib”.


Ekspert Ermənistanın yeni peyklə sərhədləri nəzarətdə saxlamaq istəyinin olduğunu da deyib:


“Diqqət yetirdikdə görmək olar ki, Ermənistan yerin müşahidə peykinin icarəyə götürülməsi üçün SATLANTİS ilə 8 ay öncədən müqavilə bağlayıbmış.
Görəsən, bizim kəşfiyyat qurumlarının bundan xəbəri olubmu? Ermənistanın sərhədlərin delimitasiyası prosesini uzatması həm də bununla bağlı olubmu?
Dörd il ömrü olan bu peyklə Ermənistan həm də sərhəd məsələlərini nəzarətdə saxlaya biləcəyini düşünür”.

 

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR