Yeni rekord qiymətlər - Əsas malların dəyəri bütün dövrlərin ən yüksək həddinə çatdı

Yeni rekord qiymətlər - Əsas malların dəyəri bütün dövrlərin ən yüksək həddinə çatdı

Bloomberg Əmtəə Spot İndeksi (BƏSİ) daha 1,9 faiz yüksələrək bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

 

Sfera.az xəbər verir ki, bu haqda məlumatı “Bloomberg” saytı yayıb.

 

BƏSİ 23 əsas əmtəənin daxil olduğu səbətin dəyərindəki dəyişikliyi ifadə edir.

 

“Bloomberg” bildirir ki, Rusiya və Ukrayna arasında müharibənin ərzaq və enerji əmtəə bazarına təzyiqi davam edərkən, Çində epidemiya tədbirlərini yumşaldaraq tələbin canlanması ilə əmtəə qiymətlərində yeni rekord qeydə alınıb.

 

BƏSİ-də ilin əvvəlindən indiyə qədərki artım 36 faiz təşkil edib. Bu, son 10 ildə qeydə alınan ən sürətli artımdır.

 

Yeni rekordda tədarük problemlərinin hiss olunduğu təbii qaz və buğda kimi maddələr ön plana çıxıb. İndeksin alt maddələrinə baxıldığında, enerji qiymətlərindəki sürətli artım diqqət çəkdi. Bu il enerji indeksi 92 faiz artıb. Beləliklə, 1992-ci ildən bəri ən sürətli artım bu alt indeksdə qeydə alınıb. Kənd təsərrüfatı mallarında isə bahalaşma ilin əvvəlindən 24 faizə çatıb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...