TEZLİKLƏ MAAŞLAR ARTACAQ - Prezident büdcədə düzəlişlərin hazırlanması üçün tapşırıqlar verib

TEZLİKLƏ MAAŞLAR ARTACAQ - Prezident büdcədə düzəlişlərin hazırlanması üçün tapşırıqlar verib

“Nazirlər Kabinetinin cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı keçirdiyi İqtisadi Şuranın növbəti iclasında bu ilin büdcəsinə düzəlişlər hazırlanması üçün sahəvi qurumlara tapşırıqlar verilib. Həmin qurumların təklifləri alındıqdan sonra layihə baxılması üçün cənab Prezidentə təqdim olunacaq. “Büdcə Sistemi” haqqında Qanuna uyğun olaraq daha sonra layihə Milli Məclisin müzakirəsinə çıxarılacaq”.

 

Sfera.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

 

Onun sözlərinə görə, 2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 50 dollar nəzərdə tutulsa da bu ilin ötən aylarında orta qiymət hər barel üçün 100 dollardan çox olub:

 

“Bu isə həm neft, həm də qeyri-neft sektorundan dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yaradıb.

 

Təbii ki, layihə hazırlanma mərhələsində olduğu üçün konkret dəyişikliklər ilə bağlı fikir söyləmək mümkün deyil. Dəyişikliklər layihəsi Milli Məclisə təqdim olunduqdan sonra bu istiqamətdə daha konkret müzakirələr aparmaq mümkün olacaq. Bununla yanaşı, Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ölkə rəhbərliyinin xüsusi diqqətində olduğu üçün bu istiqamətə daha çox vəsaitin ayrılacağı istisna deyil.

 

Digər tərəfdən, iqtisadi aktivliyin daha da genişləndirilməsi üçün ayrılacaq vəsaitlərin həcminin artırılacağı da gözləniləndir.

 

Bütövlükdə, mövcud təsdiq olunmuş büdcə sənədinə əsasən, 2022-ci ildə ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 45 faizdən çox olacaq. Büdcə xərclərinin 46.5 faizinin sosial istiqamətə yönəldilməsi sosial təminat məsələlərinin prioritet olduğundan xəbər verir. Bu il ərzində yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılacağı deməkdir. Büdcə imkanlarının artması sosial istiqamətə daha çox vəsaitin ayrılmasına imkan yaradır”.

 

Turan Rzayev

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...