Abramoviçə 400 milyon dollarlıq zərbə - 2 təyyarəsinə əl qoyuldu 

Abramoviçə 400 milyon dollarlıq zərbə - 2 təyyarəsinə əl qoyuldu 

Rusiyalı oliqarx Roman Abramoviçə məxsus, ABŞ istehsalı olan iki təyyarə ələ keçirilib.


Sfera.az bildirir ki, bu barədə Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsi qərar qəbul edib. 


Belə ki, məhkəmə sözügedən təyyarələrin sanksiya qaydalarını pozaraq, xarici ölkədən Rusiyaya icazəsiz uçduqlarını bildirib. Qurumun verdiyi açıqlamada xatırladılıb ki, Rusiyanın Ukraynaya hücumuna cavab olaraq ABŞ Ticarət Nazirliyi Rusiyaya ixrac nəzarəti və lisenziya tələbləri gətirən müxtəlif sanksiyalar tətbiq edib. Qeyd olunub ki, bu sanksiyalara ABŞ istehsalı olan təyyarə və təyyarə hissələrinə qadağaların uzadılması da daxildir.


Bu baxımdan, açıqlamada Abramoviçə məxsus Boeing 787-8 və Gulfstream G650ER təyyarələrini müsadirə etməyə icazə verildiyi vurğulanıb. Təyyarələrin ümumi dəyərinin 400 milyon dollardan çox olduğu əlavə olunub.


Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...