Professor Nəsir Əhmədli vəfat etdi

Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, əməkdar jurnalist Nəsir Əhmədli vəfait edib.
Sfera.az xəbər verir ki, Bu barədə N.Əhmədlinin yaxınları məlumat verib.
Qeyd edək ki, Nəsir Əhmədli 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışıb. "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "Xüsusi kurs", "KİV xaricə siyasi informasiya yayımı sistemində" fənlərini tədris edib. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaiti də daxil olmaqla 15 kitabın müəllifi olub. Eyni zamanda Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb.
KİV xaricə siyasi informasiya yayımı sistemində, beynəlxalq radio yayımı, televiziya jurnalistikası, beynəlxalq jurnalistika və s. sahələrdə tədqiqatlar aparıb. Ali media mükafatına, müxtəlif diplom və fəxri fərmanlara layiq görülüb.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü olub.
Allah rəhmət eləsin!