Papa istefa verir? – 2 ay sonra…

Papa istefa verir? – 2 ay sonra…

Son bir neçə gündə Vatikan dairələrində Papanın istefaya getməyə hazırlaşdığı barədə şayiələr gəzir.

 

Sfera.az bildirir ki, bu söz-söhbət həm 85 yaşlı Papa Fransiskin səhhətindən, həm də onun gələn avqust üçün planlanan iş qrafikindən qaynaqlanır.

 

Keçən yay yoğun bağırsağından əməliyyat olunan Papa Fransisk dizindəki problemə görə son həftələr əlil arabasından istifadə edirdi. Ötən həftə Roma Papası avqustun sonunda İtaliyanın Laquila şəhərinə səfər edəcəyini bildirildikdə, onun istefasının mümkünlüyü əvvəlcə İtaliya mətbuatında, sonra isə beynəlxalq mediada yer almağa başladı. Ziyarətə səbəb kimi bu şəhərdə 13-cü əsrdən bəri keçirilən dini festival göstərilib. İddialara görə, Papanın  səfəri üçün şəhər istefa simvolları ilə bəzədilib. Papanın bu şəhərdə qatılacağı "Perdonanza Celestiana" festivalı tarixdə istefa verən ilk papa kimi tanınan 5-ci Selestino tərəfindən başlayıb. Papa Fransiskin bu səfərdə 5-ci dəfə Celestinonun məzarını ziyarət edəcəyi gözlənilir.

 

İtalyan mediası, Papa Fransiskin ofisini tərk etməyə hazırlaşdığı ilə bağlı xəbərlərdə 16-cı Benedettonun da istefa verməzdən əvvəl 6-cı Celestinonun məzarını ziyarət etdiyini xatırladıb.

 

Papa Fransisk avqustun 27-də 21 yeni kardinal təyin edəcək. Bu yeni kardinallardan 16-nın yaşı 80-dən aşağı olduğundan, onlar mümkün Papa seçkilərində səs vermək hüququna malik olacaqlar.

 

Əzizə Zeynal 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...