Ukrayna bu şəhərə nəzarəti ələ keçirdi – “Silahlı qüvvələrimiz irəliləyir...”

Ukrayna bu şəhərə nəzarəti ələ keçirdi – “Silahlı qüvvələrimiz irəliləyir...”

Ukrayna hakimiyyəti Prezident Volodimir Zelenskinin “qəhrəman əsgərlərə” dəstək olaraq cəbhələrə səfəri zamanı ordunun ölkənin şərqindəki Severodonetsk şəhərinin yarısına nəzarəti ələ keçirdiyini açıqlayıb.

 

Sfera.az bildirir ki, Luqansk qubernatoru Serhiy Qayday bu gün verdiyi açıqlamada "Silahlı Qüvvələr Severodonetskin yarısını təmizləyib və irəliləyir", - deyib.

 

Qubernator xəbərdarlıq edib ki, sənaye şəhərində böyük rus hərəkatı qaçılmazdır.

 

Rusiyanın nəzarətində olmayan Luqansk vilayətinin ən böyük şəhəri kimi strateji əhəmiyyətə malik Severodonetskdə qarşıdurmalar şiddətlənsə də, Qərb ölkələri Ukraynaya daha çox silah göndərəcəyinə söz verib.

 

Qeyd edək ki, Rusiyanın apreldən bəri ilk dəfə Kiyevi vurmasından sonra Britaniya ABŞ kimi Ukraynaya uzaqmənzilli raket buraxılış qurğuları göndərəcəyini açıqlayıb.

 

Əzizə Zeynal

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...