Şakira xəstəxanaya düşüb? - Şayiələrə cavab

Maqazin
12:05 / 05.06.2022
134
Müğənni Şakira "Barselona"nın futbolçusu Jerar Pikenin xəyanəti ilə bağlı əsəb böhranı keçirməsinə dair xəbərləri təkzib edib.
Sfera.az “Hola”ya istinadla xəbər verir ki, o, "Twitter" səhifəsində yazıb:
“Bu yaxınlarda Barselonada xəstəxanada olduğum barədə çoxlu mesajlar aldım. Sadəcə bilmənizi istəyirəm ki, bu fotolar keçən həftə atam böyük yıxılanda çəkilib. Mən onu təcili yardım maşını ilə xəstəxanaya apardım, indi sağalır”.