Murad Arifin bağ evinə ayı girdi - VİDEO

11:56 / 04.06.2022
346
Murad Arifin Bakıdakı bağ evinə ayı girib.
Sfera.az xəbər verir ki, bu barədə o, "Facebook" hesabında yazıb.
“Mənim həyatımda bir tək ayı çatışmırdı... Səhər saat 5-in yarısı həyətimizə ayı balası qonaq gəlmişdi. Bala olmasına baxma, Marsın (itini nəzərdə tutur-red.) setkasına cumur, yaxınlaşanlara hücum edirdi...”.
“Belə məqamlarda hara zəng edək, gəlib aparsınlar zooparka filan? Birdən yenə gələr... İstəmirəm ki, kiminsə əlinə düşsün, həyətində saxlasın... Heyifdi”, - deyə o, sözlərinə əlavə edib.