SON DƏQİQƏ! Vəzifəli şəxslər HƏBS EDİLDİ - İki rəsmi qurum MƏLUMAT YAYDI 

SON DƏQİQƏ! Vəzifəli şəxslər HƏBS EDİLDİ - İki rəsmi qurum MƏLUMAT YAYDI 

Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi birgə məlumat yayıb.

 

Sfera.az-a daxil olan məlumatda bildirilib ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və bir sıra rayonların bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar həmin Nazirlikdən daxil olmuş məlumat əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə 2020-2022-ci illər ərzində Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədovun həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov, Xidmətin Şəki ərazi şöbəsinin rəisi Mübariz Paşayev, Qazax ərazi şöbəsinin rəisi Ehtiram Eyvazov, Beyləqan rayon şöbəsinin rəisi Elsevər Paşayev, eləcə də bələdiyyələrin və digər aidiyyəti qurumların vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə görə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

İş üzrə toplanmış sübutlar əsasında İldırım Məmmədov, Əsəd Nəsibov, Mübariz Paşayev, Ehtiram Eyvazov və Elsevər Paşayevə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə bu və digər xüsusatların tam, hərtərəfli yoxlanılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Maqadanda nadir təbiət hadisəsi: Dörd ton balıq dənizə qayıda bilmədi - VİDEO

Rusiyanın Maqadan bölgəsində baş verən güclü axın sahilboyu ərazilərdə ekoloji problem yaradıb.   Sfera.az xəbər verir ki, "Mash" &quo...

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacib...

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...