Gülşən məhkəməyə verilir: Əlil arabasına əyləşib və...

Məşhur türkiyəli müğənni Gülşən son addımına görə məhkəməyə çıxmalı olacaq.
Sfera.az bildirir ki, ötən gün qatıldığı mükafatlandırma mərasiminə əlil arabası ilə gedən ifaçının bu davranışı qınaq obyektinə çevrilib. Onun bu addımı əlil vətəndaşları və onların ailələrini narahat edib.
Gülşənin görüntülərindən sonra “Maneəsiz Həyat Vəqfinin” sədr müavini Av. Edip Öndər “Al sana haber” verilişinə bağlanıb və müğənniyə qarşı hüquqi prosedurlara başlayacaqlarını bildirib.
“Bülent Ersoyun xəstəlik səbəbindən əlil arabasından istifadə etməsi çox normaldır. Lakin Gülşənin bu davranışı əlil qardaşlarımızı hədsiz dərəcədə incidən bir vəziyyətdir. Bunu vəqf rəhbərliyindəki dostlarla birlikdə dəyərləndirəcəyik”, - deyə o əlavə edib.
Türkan
Sfera.az