“Sənətçi niyə nümunə olmalıdır?” - Açıq-saçıq geyimlərlə bağlı polemikaya o da qoşuldu

“Sənətçi niyə nümunə olmalıdır?” - Açıq-saçıq geyimlərlə bağlı polemikaya o da qoşuldu

Türkiyə estradasının nümayəndəsi Nilüfər müğənnilərin iddialı geyimləri ilə bağlı polemikaya qoşulub.


Sfera.az bildirir ki, ifaçı ötən axşam Nişantaşındakı restoranlardan birində yaxın dostları ilə görüşüb. Bu zaman jurnalistlərin obyektivinə tuş gələn sənətçi sualları cavablandırıb. O, sözügedən müzakirələrlə bağlı suala isə ehtiyatla reaksiya verib.


O, “Hər kəs öz geyiminə görə məsuliyyət daşıyır. Qoy hər kəs istədiyini geyinsin, məni maraqlandırmır. Sənətkar niyə nümunə olmalıdır? Bir qədər mübahisəli mövzudur. Bu, spekulyasiyaya açıq bir mövzudur, oralara getməyək”.

 

Türkan 
Sfera.az


OXŞAR XƏBƏRLƏR