Çin lideri öz müşavirlərinə Rusiya ilə bağlı çətin tapşırıq verib - “Washington Post”dan iddia
Sanksiyalarla üzləşən Rusiya Çindən kömək istəyib.
Sfera.az bildirir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.
"Çin rəsmiləri Pekinin Moskvanın dəstək istəklərinə qəzəbləndiyini deyirlər", - deyə qeyd edən qəzet sözügedən ölkənin sanksiyalardan qorxduğunu vurğulayıb.
Xəbərini amerikalı və çinli bir məmura əsaslandıran qəzetə görə, Vladimir Putin işğal başlayandan bəri dəfələrlə Çindən iqtisadi yardım istəyib, lakin ABŞ-ın sanksiyalarından qorxan Pekin administrasiyası Moskvanın tələblərini yerinə yetirməyib.
“Washington Post”a danışan çinli mənbə deyib ki, ruslarla danışıqlar kifayət qədər gərgin keçib. Çin diplomatları Rusiyanın üzləşdiyi sanksiyalara qarşı olduqlarını bildirsələr də, Moskvanın kömək istəyinə “müsbət” cavab verə bilməyiblər. Digər tərəfdən, Çin lideri Xi Jinpingnin ABŞ sanksiyalarına məruz qalmadan Rusiyaya kömək etməyin yollarını axtardığı bildirilib. Məlumata görə, prezident öz müşavirlərinə Rusiyanın iradəsini sanksiyalarsız həll etmək kimi çətin tapşırıq verib.
Günay Rəsulqızı
Sfera.az