Qalmaqallı məhkəmədən sonra Ember Hörddən ilk açıqlama: "Bu qərarın qadınlar üçün də nə demək olduğu bəllidir"

Qalmaqallı məhkəmədən sonra Ember Hörddən ilk açıqlama:

Məşhur aktyor Conni Depp ilə keçmiş həyat yoldaşı, aktrisa Ember Hörd arasındakı məhkəmə davası başa çatıb.


Sfera.az bildirir ki, ABŞ-ın Virciniya ştatında baxılan davada münsiflər altı həftə boyunca Depp-Hörd cütlüyünün evlilikləri zamanı yaşadıqlarını dinləyiblər. İddiaları bir-bir araşdıran 7 nəfərlik münsiflər heyəti Hördün Deppə 15 milyon dollar təzminat, dəymiş ziyana görə isə aktyorun qarşı tərəfə 2 milyon dollar ödəməsinə qərar verib.
Münsiflər heyəti qərarını elan etdikdən sonra Ember Hörd bunları deyib: “Bu gün keçirdiyim məyusluğu heç bir söz izah edə bilməz. Təəssüf edirəm ki, sübutlar keçmiş ərimin qeyri-mütənasib gücünə, təsirinə qarşı durmaq üçün kifayət deyil. Bu qərarın digər qadınlar üçün də nə demək olduğu bəllidir – indi danışan, düşündüklərini deyən qadın ictimaiyyət qarşısında utana və aşağılana bilər. Qərar qadınlara qarşı zorakılığın ciddi qəbul edilməsi fikrini üstələyir”.


Conni Depp isə, “Münsiflər bu gün həyatımı mənə qaytardı. Fəxr etdim”, - deyə bildirib.


Məlumata görə, aktyor planlaşdırılan işgüzar sövdələşmələrə görə dinləmələrdə iştirak etməyib. Ona yaxın mənbə Amerikanın CNN telekanalına bildirib ki, Depp dinləmələri Böyük Britaniyadan izləyib.


Qeyd edək ki, Conni Depp 2018-ci ildə ABŞ mediasında yazdığı məqaləyə görə Hördə qarşı böhtan iddiası açaraq 50 milyon dollar təzminat tələb etmişdi. Hörd isə əks hərəkətə keçərək 100 milyon dollarlıq təzminat iddiası qaldırmışdı.

 

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR