Şagirdinə erotik məzmunlu video göndərən müəllim həbs edildi
15:23 / 02.06.2022
1261
ABŞ-ın Oklahoma ştatında baş verən hadisə gündəm olub.
Sfera.az bildirir ki, “Midwest City Middle School”da idman müəllimi işləyən Ayvi Rineunun davranışı eşidənləri şoka salıb. Belə ki, 28 yaşlı təhsil işçisi şagirdlərindən birinin ondan xoşu gəldiyini öyrənib. Ardınca o, 16 yaşlı şagirdinə sosial media hesabından çılpaq fotolarını və intim məzmunlu video göndərib. İddiaya görə, sözügedən şəxs Ayvinin göndərdiyi videonu dostlarına göstərib. Qısa müddətdə bu söz-söhbətlər yayılıb və müəllimə barəsində araşdırma başladılıb.
Qalmaqallı hadisənin məhkəmə prosesi isə bu yaxınlarda keçirilib. Hakim şagirdinə uyğun olmayan videolar göndərməkdə təqsiri sübuta yetirilən müəllimin həbsinə qərar verib.
Türkan
Sfera.az