ÜST-dən XƏBƏRDARLIQ: Bu ölkə Dünyanı yeni koronavirus dalğası ilə üz-üzə qoya bilər

ÜST-dən XƏBƏRDARLIQ: Bu ölkə Dünyanı yeni koronavirus dalğası ilə üz-üzə qoya bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şimali Koreyada yayılan COVİD-19 virusu ilə bağlı xəbərdarlıq edib.


Sfera.az bildirir ki, qurum virusa qarşı mübarizədə sözügedən ölkənin irəliləyiş əldə etdiyinə dair açıqlamalarına şübhə ilə yanaşıb. Məlumatların olmaması səbəbindən vəziyyətin yaxşılaşmaq əvəzinə daha da pisləşdiyi düşünülür. 


Bununla bağlı ÜST-ün fövqəladə hallar üzrə rəhbəri Maykl Rayan, "Bizim xam məlumatlara çıxış və sahədəki real vəziyyətlə bağlı problemlərimiz var. Ehtimal edirik ki, vəziyyət yaxşılaşmır, pisləşir", - deyə söyləyib.


Qurumun nəticə əldə etmək üçün Cənubi Koreya və Çinlə çalışdığını əlavə edən Ryan fikirlərini bu cür davam etdirib: “Dəfələrlə kömək təklif edib üç ayrı peyvənd məsləhət görmüşük. Yardım təkliflərimiz davam edir. COVİD-19-un nəzarətsiz yayılması ilə virus mutasiyaya uğraya və daha təhlükəli variantlar yarada bilər. Səhiyyə sistemi zəif olan bir əhalidə virusun kütləvi şəkildə yayılmasını görmək istəmirik. Onların hamısı peyvənd olunmadığı üçün xəstəliyə daha çox həssasdırlar. Bu vəziyyət həm Şimali Koreya, həm bölgə, həm də ümumilikdə dünya üçün yaxşı deyil”.


Digər tərəfdən, dövlətə məxsus Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, ölkədə yoluxmaların ümumi sayı 3,8 milyona çatıb, ölənlərin sayı isə yenilənməyib.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ağdərədə silah-sursat aşkarlandı- FOTO

Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar e...

Çörəklərdə un qurdundan istifadə olunacaq - Yeni QƏRAR

Avropa İttifaqı ölkələrində ultrabənövşəyi radiasiya ilə müalicə olunmuş un qurdlarının süfrəsindən qida maddəsi kimi istifadə etmək mümkün olacaq.  &nb...

Azərbaycan Ukraynaya 1 milyon dollar yardım ayırdı - SƏRƏNCAM

Azərbaycan Ukraynaya 1 milyon dollar həcmində humanitar yardım göstərəcək.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam i...

Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi

Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqlənib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.  ...

Fransa XİN: Qəzzanın gələcəyi Fələstin dövləti ilə bağlıdır

Gələcək Qəzza zolağının əsasını üçüncü ölkənin nəzarəti deyil, Fələstin dövləti təşkil etməlidir.   Sfera.az xəbər verir ki, bu barədə Fransa KİV-lər...

Pensiyalarla bağlı YENİLİK - Prezidentdən SƏRƏNCAM

Azərbaycanda əmək pensiyaları indeksləşdiriləcək.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında S...