Conni Depp yenə gündəmdə: Səhnədən enib keçmiş sevgilisi ilə gizli görüşdü

Hollivud ulduzu Conni Depp gündəmdən düşmür.
Sfera.az bildirir ki, yayılan xəbərlərdə aktyorun adı yenidən keçmiş sevgilisi Keyt Moss ilə birlikdə yer alıb.
Belə ki, Conni Depp pərəstişkarlarını təəccübləndirərək İngiltərədə dostu Ceff Beck ilə səhnəyə çıxıb. Gəncliyindən bəri gitara ifa edən, 80-ci illərdə “Rock City Angels” və daha sonra “Hollywood Vampires” musiqi qruplarında iştirak edən Depp, məhkəmə prosesi boyunca ona dəstək olan heyranlarına təşəkkür edib.
İddiaya görə, Depp bu konsertdən sonra məhkəmədə onun lehinə ifadə verən keçmiş sevgilisi, model Keyt Mossla görüşüb. Depp və Moss səhnə arxası şənliyində dostları ilə əyləniblər. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif şərhlər paylaşılıb. Çoxları Deppin keçmiş sevgilisinə, məhkəmədə söylədiyi sözlərə görə təşəkkür etmək üçün Londona getdiyini irəli sürüb. Səbəb nə olursa olsun, keçmiş sevgililərin dostlaşması, hətta yenidən bir araya gəlməsi fikri hər ikisinin pərəstişkarlarını sevindirib.
Türkan
Sfera.az