Şakira evində Pikeni başqa qadınla tutub və... - Məşhur cütlüyün ayrılığının səbəbi bilindi 

Şakira evində Pikeni başqa qadınla tutub və... - Məşhur cütlüyün ayrılığının səbəbi bilindi 

Məşhur müğənni Şakiranın "Barselona"nın müdafiəçisi Cerard Pikedən ayrılma qərarının təfərrüatları bəlli olub.


Sfera.az bildirir ki, ötən gün sevgilisi ilə yolları ayırmağa qərar verən ifaçının bu addımı sevənlərini kədərləndirib. Lakin yayılan iddialardan sonra Şakiranın heyranları həm də qəzəbləniblər.


Belə ki, İspaniya mətbuatı “El Periodico”nun iddiasına görə, müğənni evində Pikeni başqa qadınla yaxalayıb. Futbolçu “mən günahsızam” deyərək özünü müdafiə etsə də, kolumbiyalı müğənni buna inanmayıb. Nəticədə Pike Barselonadakı köhnə mənzilinə köçməli olub. 


Digər tərəfdən, cütlüyün münasibətlərində başqa problemlər də yaşadığı qeyd edilib. Bildirilib ki, daha əvvəl sosial media hesabından Pike ilə olan fotolarını tez-tez izləyiciləri ilə bölüşən Şakira martın 21-dən bəri sevgilisi haqqında heç nə paylaşmayıb.


Qeyd edək ki, Şakira və Jerar Pike 2010-cu ildə görüşməyə başlayıblar, lakin onlar yalnız bir ildən sonra romantikalarını təsdiqləyiblər. Futbolçu müğənninin Cənubi Afrikada keçirilən dünya çempionatına həsr etdiyi “Vaka Vaka” mahnısının klipinə də çəkilib. Onların iki oğlu var -  7 yaşlı Saşa və 9 yaşlı Milan. Şakira daha əvvəl açıqlamalarının birində evlilikdən qorxduğunu vurğulayaraq, “Bu, qadağan olunmuş meyvə kimidir, onunla ehtiyatlı davranmağa üstünlük verirəm. Pikenin davranışından asılı olaraq hər şeyin mümkün olduğuna inanıram", - deyə söyləmişdi.

 

Türkan 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kredit kartı ilə borclanma məhdudlaşdırılır – Səbəb

Mərkəzi Bank istehlak kredit kartları ilə bağlı yeni requlyativ dəyişikliklər edib. Yeni qaydalara əsasən, borcalanın kredit kartı üzrə borcu onun xalis, vergid...

Ezgi Molanın keçmiş əri güllələndi - VİDEO

Türkiyəli aktrisa Ezgi Molanın keçmiş əri, iş adamı Mustafa Aksakallının Alaçatıdakı restoranına silahlı hücum olub.   Sfera.az “Qafqazinfo&rdq...

Azərbaycan neftinin qiyməti 71 dollara düşüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1...

Ərdoğanın sülh mesajı - İstanbulda yeni danışıqlar masası qurula bilər

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasın yekunlarına dair Türkiyə Milli Təhlükəsizlik Şurasının bəyanatında qeyd olunub ki, Ankara Rusiya...

Avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO

Bakı şəhərində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb.  Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin ...

Yol polisi bəzi sürücülərə müraciət etdi: "Sükan arxasında əyləşməyin"

Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi “QAZ-3302” markalı avomobil Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıx...