Məktəblərdə bu qədər müəllimə ehtiyac var - Vakant yerlərin sayı

11:30 / 02.06.2022
198
"Adətən müəllimlərin işlə qəbulu müsabiqəsinə (MİQ) 8 minə yaxın, bəzən 8 mindən çox vakant yer çıxarılır. Bu il də bu qədər vakant yerin olacağı gözlənilir".
Sfera.az xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Təhsil masası"nda deyib.
O bildirib ki, müddətsiz işə qəbulu üzrə müsabiqə bir turda keçiriləcək:
"Müəllimlərə seçim edərkən bu amili nəzərə almalarını xahiş edirik. Əsasən musiqi, təsviri incəsənət, kimya, biologiya fənləri üzrə vakant yerlər çoxluq təşkil edir. Müəllimlər seçimdə 8 yer yaza biləcəklər".