Zelenski nə zaman danışıqlar masasına oturacaq? – “Əgər Moskva...”

Zelenski nə zaman danışıqlar masasına oturacaq? – “Əgər Moskva...”

“Sadəcə Xersonu geri qaytarmaq belə bu müharibədə Ukrayna lehinə strateji dönüş olacaq”.


Sfera.az bildirir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib. O vurğulayıb ki, 100 günə yaxındır davam edən müharibədə Rusiyanın hələlik bir strateji uğuru var:
“O da Krıma quru yolu açmaqdır. Ukraynanın Xerson vilayətini azad edib, Krımın inzibati sərhədlərinə qayıtması Rusiyanın bu uğurunu aradan qaldıracaq. Belə olan təqdirdə, rus ordusunun Donbass cəbhəsindəki torpaq qazanclarının da önəmi azalmış olacaq. Xersondan sonra Zaporojyenin işğal olunmuş hissəsinin geri alınması da asanlaşacaq. Çünki rusiyalılar ciddi logistik problemlərlə üzləşəcək, bəlkə də özləri oranı tərk edəcək”.


Ekspert əlavə edib ki, Ukrayna üçün qələbə variantı 23 fevral 2022-ci il tarixindəki status-kvonun böyük ölçüdə bərpasıdır və bu vəzifənin icrası xəyal deyil:


“Ondan sonra Rusiya ilə masaya oturmaq olar. Əgər Moskva yenə qəbulolunmaz tələblərini davam etdirsə, onda müharibə davam edəcək və bu zaman Ukrayna öz vəziyyətini, beynəlxalq konyukturun nə dərəcədə uyğun olduğunu götür-qoy edib, maksimum vəzifəni - Krımı və Donbası azad etməyi düşünə bilər. Bu, həm xarici siyasi və hərbi dəstəyin səviyyəsindən, həm də Ukrayna xalqının iradəsindən, onların bir daha çoxsaylı itkilərə hazır olub-olmamasından asılı olacaq”.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR