Halil Sezai yenidən həbs oluna bilər

Maqazin
00:21 / 02.06.2022
236
Türkiyəli aktyor-müğənni Halil Sezai yenidən məhkəməlik olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət öncə yaşlı qonşusuna göstərdiyi şiddətlə gündəmə gələn aktyor səhnəyə çıxdığı məkanların birində həmin şəxsi təhqir etdiyi üçün yeni iddianamə hazırlanıb.
Sezainin 2 il 4 ay müddətinə həbsi tələb olunur. Müğənni isə "Söhbət edirdim, heç kimi təhqir etmirdim" deyərək, iddiaları qəbul etməyib.
Qeyd edək ki, Halil 2020-ci ildə "Qəsdən silahla yaralama", "Silahla hədələmə" maddələri ilə həbs edilmişdi.