Azərbaycanda 641 milyon manatlıq yol dağıdılır  

Azərbaycanda 641 milyon manatlıq yol dağıdılır  

"Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidənqurulması" layihəsində Azərbaycan tərəfinin payının (182 km hissə) maliyyələşdirillməsinə 2005-2010-cu illərdə 625,7 milyon manat xərclənib”.


Sfera.az xəbər verir ki, bunu iqtisadiçı-ekspert Samir Əliyev Bakı-Quba-Rusiya  avtomobil yolunda əsaslı təmir və yenidənqurma işlərini şərh edən zaman bildirib.
Ekspert deyib ki, yolla bağlı birbaşa xərclərdən başqa 15 milyon manatdan çox vəsait digər xərclərə (yol qovşaqlarının, körpülərin tikintisi və s.) yönəldilib. 
S.Əliyev magistral yolun tikintisinə ümumilikdə 641 milyon manata yaxın vəsait sərf edildiyini söyləyib. 


“Bunlar hələ Azərbaycanın ödədiyi puldur. Layihəyə Azərbaycandan başqa beynəlxalq maliyyə institutları da pul ayırıb”, - deyən S.Əliyev layihənin texniki standartlara uyğun icra edilmədiyini vurğulayıb: 


"Bu yolda bir neçə il idi ki, sürücülər zülüm çəkirdi. Çünki yol yararsız hala düşmüşdü. İndi həmin milyonlar heç nə olmamış kimi dağıdılır və ayrılacaq növbəti milyonlar hesabına yenidən qurulur".

 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR