Əkrəm İmamoğlunun məhkəməsi təxirə salındı – “Bu, utancvericidir...”

Əkrəm İmamoğlunun məhkəməsi təxirə salındı – “Bu, utancvericidir...”

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun məhkəməsi təxirə salınıb.


Sfera.az bildirir ki, Əkrəm İmamoğluna qarşı İstanbul Anadolu 7-ci Asliye Cəza Məhkəməsində Yüksək Seçki Komissiyasının (YSK) üzvlərini təhqir etdiyinə görə keçirilən məhkəmə sentyabrın 21-nə təxirə salınıb.


İmamoğlu hökmdən sonra sosial media hesabından video şəklində açıqlama verib:


"Türkiyədə belə bir işin olması və davam etməsi utancvericidir. Hər şeyə rəğmən ümidimiz budur ki, məhkəmə və ədalət qanunlara uyğun olaraq davamlı şəkildə qurulacaq.Bütün yoldaşlarıma, siyasi dostlarıma səmimi qəlbdən təşəkkür edirəm", -  deyə o, bildirib.


YSK üzvlərinin İmamoğlu ilə bağlı şikayətlərinin olmadığını vurğulayan vəkil Polat isə cinayət hesabatının keçmiş prezident Sadi Güvən tərəfindən hazırlandığını bildirib.

 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR