Tanınmış aktrisa qəzaya düşdü - FOTO

Maqazin
15:43 / 01.06.2022
188
“Mucize doktor” və “Kadın” seriallarındakı obrazları ilə də tanınan türkiyəli aktrisa Sinem Ünsal yol qəzası keçirib.
Sfera.az Haber Türk-ə istinadən xəbər verir ki, hadisə aktrisa İzmirdə teatr tamaşasından geri qayıdarkən baş verib.
Tamaşadan sonra Sinem Ünsal və tamaşanın baş prodüseri Nisan Ceren gecə İstanbula qayıtmaq üçün yola düşüblər. Ünsal və Cerenin Gebze yolunda hərəkətdə olduqları avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil maneələrə çırpılıb.
Qəzadan sonra dərhal xəstəxanaya aparılan Sinem Ünsalın səhhətinin yaxşı olduğu, bədənində yaralar və ləkələr yarandığı məlum olub.