Hər il 20 milyon elektrikli avtomobil satılacaq
“Bloomberg”in hesablamalarına görə, elektrikli avtomobil satışları 2025-ci ilə qədər üç dəfə artaraq 20 milyonu keçəcək.
Sfera.az xəbər verir ki, ötən il 14 milyon ədəd elektrikli avtomobil satılıb. Satış sayının artmasında Çinin xüsusi rolu olub.
Bununla belə, araşdırma göstərir ki, daxili yanma mühərrikləri ilə təchiz edilən avtomobillərdə səyahət edən 1,2 milyard sərnişin var və onların elektrikli avtomobillərə maraqlarının yaradılması üçün vaxt lazımdır.
Proqnozlaşdırılır ki, mövcud siyasət və qaydalar dəyişməsə belə, 2050-ci ilə qədər qlobal miqyasda avtomobillərin üçdə ikisi elektrikli avtomobil olacaq. Daha ağır ticari məqsədlə istifadə edilən avtomobillərin 29 faizinin elektrikli olacağı gözlənilir.
Elektrikli avtomobillərin sayının artması elektrik enerjisinə olan tələbatı da artıracaq. Yalnız elektrikli avtomobillərin sayının artmasına və istifadəsinin genişlənməsinə görə 2050-ci ildə enerjiyə olan tələb 60-80 faiz artacaq. Deməli, elektrikli avtomobillərin sayı artmaqla yanaşı elektrik enerjisinin istehsalının artırılması da nəzərdən keçirilməlidir.
Vasif
Sfera.az