Keçmiş şahzadə son açıqlamasına görə öldürülüb? - DETALLAR

Keçmiş şahzadə son açıqlamasına görə öldürülüb? - DETALLAR

Qətər şahzadəsi Əbdüləziz bin Xəlifə Al Saninin keçmiş həyat yoldaşı Kasia Qallanio İspaniyadakı evində ölü tapılıb.


Sfera.az bildirir ki, Qallanionun, "Keçmiş həyat yoldaşım uşaqlarımı istismar edirdi" , açıqlamasından sonra ölməsi insanlarda şübhə yaradıb. Kasianın həddən artıq narkotik dozasına görə vəfat etdiyini deyən səlahiyyətlilər qadının bədənində heç bir fiziki yara və iz olmadığını açıqlayıb. 


“El Pais” qəzeti Qallanionun kiçik qızının anası ilə əlaqə yarada bilmədiyi üçün İspaniya polisinə müraciət etdiyini və bu yolla 45 yaşlı qadının cansız bədəninin tapıldığını qeyd edib. Fransanın "Le Parisien" qəzeti isə mayın 19-da Paris məhkəməsinin Qallanionun aliment tələblərini rədd etdiyini və gənc qadının bir neçə aydır xəstəxanada müalicə aldığını yazıb. Qəzet, həmçinin onun əsəb böhranı keçirdiyini vurğulayıb.


Qeyd edək ki, Qətər hakimiyyəti Qallanionun şahzadənin uşaqlarına qarşı zorakılıq etməsi ilə bağlı iddialarını rədd edib.

 

 

Türkan

Sfera.az


OXŞAR XƏBƏRLƏR