Ölkədən qaçdı, Gürcüstanda saxlanıldı - Xüsusi təyinatlılar iş adamının Batumidəki şirkətində... - FOTOLAR

Ölkədən qaçdı, Gürcüstanda saxlanıldı - Xüsusi təyinatlılar iş adamının Batumidəki şirkətində... - FOTOLAR

Türkiyəli qaçaq iş adamı Qalip Öztürk Gürcüstanda saxlanılıb.


Sfera.az bildirir ki, maliyyə polisi və xüsusi təyinatlılar iş adamına məxsus, Batumidə yerləşən "Metro City" şirkətinə qarşı əməliyyat keçirib. 


Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Departamentindən verilən açıqlamada Öztürkün çirkli pulların yuyulması, sənədlərin saxtalaşdırılması və vergidən yayınma ittihamları ilə araşdırıldığı bildirilib. 


“Məhkəmə qərarı əsasında G.Ö-nin yaşadığı ünvanda aparılan axtarış zamanı digər maddi sübutlarla birlikdə külli miqdarda nağd pul, habelə ona aidiyyəti olduğu iddia edilən narkotik və psixotrop maddələrlə birgə nəzarətə götürülüb. Gürcüstan Cinayət Məcəlləsinin 6 ilə qədər həbs cəzasını nəzərdə tutan 260 və 261-ci maddələrinin birinci hissələrinə əsasən, G.Ö. saxlanılıb”, - deyə qurumun məlumatında qeyd olunub.


Gürcüstan mətbuatında Öztürkün şirkətlərinin əsasən turizm, nəqliyyat və tikinti sektorlarında fəaliyyət göstərdiyi yazılıb və iş adamının Gürcüstanın  keçmiş baş nazirləri Giorgi Qaxaria, Giorgi Kvirikaşvili və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin fotoları dərc olunub.


Qeyd edək ki, 28 sentyabr 1996-cı ildə qan davası səbəbiylə Güçlü Köseoğlunu qətlə yetirən Kudret Okumuş və Öztürk də daxil olmaqla 7 nəfər mühakimə olunub. Qətli törədən Kudret Okumuş 28 avqust 2011-ci ildə Çorumda tutulub. İstanbul 19-cu Ağır Cəza Məhkəməsində görülən iddianın 8 oktyabr 2012-ci il tarixli iclasında şübhəlilər Y.Y., A.O., Y.Ö., S.Ş. və C.K. O, dəlil olmadığı üçün bəraət alıb, Öztürk və qatil Okumuş ömürlük həbs cəzasına məhkum edilib. Qərarda Öztürk qətlin təhrikçisi kimi yer alıb.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR