Daha bir ölkədə meymunçiçəyi aşkarlandı

Daha bir ölkədə meymunçiçəyi aşkarlandı

Macarıstanda ilk meymunçiçəyi virusu aşkarlanıb.


Sfera.az bildirir ki, Macarıstan Milli İctimai Sağlamlıq Mərkəzinin (NNK) baş həkimi Sesiliya Müller ölkədə ilk dəfə olaraq 38 yaşlı kişidə meymunçiçəyi virusunun aşkar edildiyini açıqlayıb.


Xəstəliyin asanlıqla yayılmadığını deyən S.Müller virusun yalnız yaxın təmasla yoluxduğunu bildirib:


"Xəstəlik 2-4 həftə davam edir, immuniteti zəif olan xəstələrdə və hamilə qadınlarda daha asan yayıla bilər. Bu vəziyyətlərə diqqət etməliyik, erkən diaqnoz qoymamağımız lazımdır. Simptomları təqib etmək mütləqdir. Xəstəlikdən şübhələnən şəxlər həkimə müraciət etsinlər", - deyə həkim qeyd edib.


Ümumdünya Səhiyyə Təşkilatı virusun endemik olmadığı 23 ölkədə 257 yoluxma və 120 şübhəli hal elan etsə də, bu yay Avropada və başqa yerlərdə yoluxma potensialının yüksək olduğu barədə xəbərdarlıq edilib.

 

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR