Daha bir ərəb ölkəsi İrana qarşı - Nota verdi
01:55 / 07.01.2016
972
İordaniya Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının İrandakı diplomatik təmsilçiliyinə edilən hücumlara görə bu ölkəyə nota verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nota İranın Əmmandakı səfirinə təqdim edilib.
İordaniya Səudiyyə Ərəbistanı səfirliyinə edilən hücumun beynəlxalq razılaşmalara zidd olduğunu, Vyana konvensiyasının pozulduğunu vurğulayıb.