Çinin 30 hərbi təyyarəsi Tayvanın hava məkanına daxil oldu

Çinin 30 hərbi təyyarəsi Tayvanın hava məkanına daxil oldu

Çin Tayvanın ətrafına döyüş gəmiləri və reaktiv təyyarələr göndərib.

 

Sfera.az bildirir ki, təşvişə düşən Tayvan ordusu sahildən döyüş gəmiləri və raketlərin atıldığı təlim keçirib. Təlim zamanı sözügedən ölkənin  öz istehsalı olan gəmi əleyhinə Brave Wind III orta mənzilli səsdən sürətli raketləri işə salınıb. Adanın cənub-qərbində yerləşən Pinqtunq qraflığında keçirilən nümayiş zamanı atılan raketlərdən biri də ABŞ istehsalı olan “Standard” zenit raketi olub.

 

Tayvan ordusu Çinin adanın ətrafına 30 döyüş təyyarəsi göndərdiyini və təyyarələrin hava məkanlarına daxil olduğunu açıqlayıb. Qeyd olunub ki, baş verənlər 2022-ci ilin yanvarından bəri ən böyük hadisədir.

 

Xatırladaq ki, prezident Co Baydenin Cənubi Koreya və Yaponiyaya səfər etdiyi Asiya turu insidentsiz başa çatsa da, ABŞ siyasətçilərindən ibarət nümayəndə heyətinin Tayvana enməsi gərginliyi pik həddə çatdırıb. Bundan qabaq isə Bayden Tayvanın Çin tərəfindən hücuma məruz qalması halında ABŞ-ın hərbi müdaxilə edəcəyini söyləyib. ABŞ prezidentinin açıqlamaları mövcud vəziyyətdə Tayvana ən güclü rəsmi dəstək olaraq qeyd edilib.

 

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR