Bakıda ən çox iş yeri bu rayonlarda açılır

Bakıda ən çox iş yeri bu rayonlarda açılır

2022-ci ilin birinci rübündə Azərbaycanda 16 468 yeni iş yeri yaradılıb və açılan iş yerlərinin 13 336-sı, yəni 81 faizi Bakının payına düşüb.



Sfera.az bildirir ki, Bakıda ən çox iş yeri 6 rayonda açılıb.



Digərlərində yeni açılan iş yerlərinin sayı az olub.



Daha çox iş yeri Nərimanov rayonunda yaradılıb. Nərimanovda 2 580 iş yeri açılıb ki, bu da paytaxtdakı yeni açılan iş yerlərinin 19,34 faizidir.



Birinci rübdə Nəsimi rayonunda 1 991, Yasamal rayonunda 1 821, Səbail rayonunda 1 801, Xətai rayonunda 1 603, Binəqədi rayonunda 1 332 yeni iş yeri açılıb.



Adıçəkilən rayonlarda ümumilikdə 11 128 iş yeri açılıb ki, bu da paytaxtda açılan iş yerlərinin 83,4 faizidir.



Paytaxtda ən az yeni iş yeri isə Pirallahı rayonunda açılıb. Burada 3 ay ərzində cəmi 2 yeri yaradılıb.



Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR