Olimpiya çempionumuz: "Qızıl medal haqqında düşünmürdüm"

Olimpiya çempionumuz:

Rioda keçirilən Olimpiya Oyunlarında Azərbaycan ilk qızıl medalının qazanıb.

Sfera.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, taekvando üzrə millimizin üzvü Radik İsayev tarix yazaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

O, final görüşündən sonra sevincini bölüşüb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətini Səmayə Məmmədovaya danışan İsayev bunları deyib:

"Sadəcə ayaqlarım ağrıyır. İlk döyüşdən belə idi. Mən özümə söz verməmişdim çempion olacam. Sadəcə bacardığımın ən yaxşısını etdim. Hər döyüşdə belə edirəm. Fikirlərim düşdüyüm situasiyaya görə dəyişir. Özüm özümə "çıxım çempion olum" deyə bilmərəm. Rəqiblərin heç birinin fərqi yox idi. Qələbəmi, qızıl medalımı ilk azarkeşim olan anama həsr edirəm. O, mənim medallarımı yığır. Bunun üçün otaq da ayırıb. Mənim kolleksionerim odur. Onun üçün qalib olduğum turnirin fərqi yoxdur".

İsayev bayrağımızı ən yüksəyə qaldırdığı üçün qürur duyduğunu bildirib: "Azərbaycan bayrağını yüksəkdə görəndə qürur duydum. O hissləri tam ifadə etmək mümkün deyil. İstəmirəm qızıl medallar mənimlə bitsin. Lorenzo Sotomayora da uğurlar arzu edirəm. Başqa n deyə bilərəm? Qızıl haqqında düşünmürdüm. Məqsədim medal qazanmaq idi. Ancaq sonda birinci oldum və biz Azərbaycan himnini Rioda dinlədik".


OXŞAR XƏBƏRLƏR

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə görünsü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...

Bakıda üçüncü sinif şagirdi qəfil vəfat etdi

Bakıda üçüncü sinif şagirdi qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.   Qeyd olunub ki,...

Emin Ağalarov: "Plyuşenko çempionlar yetişdirəcəyinə söz verib"

Azərbaycanın Xalq artisti, iş adamı və müğənni Emin Ağalarov Azərbaycanda fiqurlu konkisürmə idmanına marağı niyə yüksəltmək qərarına gəldiyini, bu səbəbdən buz...