Ərdoğandan Azərbaycan səfəri ilə bağlı PAYLAŞIM: “İşıqlı gələcəyə doğru addımlayan Azərbaycanla fəxr edirik”

“Qarşılaşdığı bütün haqsızlıqlara, qanunsuzluqlara baxmayaraq, qardaşım İlham Əliyevin zirək rəhbərliyi ilə diplomatiyada, iqtisadiyyatda, mədəniyyətdə dastan yazan, işıqlı gələcəyə doğru addımlayan Azərbaycanla fəxr edirik”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Rəcəb Tayyib Ərdoğan rəsmi “Twitter” hesabındakı paylaşımında yazıb.
Türkiyə dövlətinin lideri əlavə edib ki, Türkiyə istər müharibədə, istərsə də sülh prosesində Azərbaycanın yanında olacaq.
"Dünyanın ən sevimli aviasiya, kosmos və texnologiya festivalı olan "TEKNOFEST"i "Bir millət, iki dövlət, tək festival" şüarı ilə Bakıda gerçəkləşdirdik. Azərbaycanla neçə belə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı, milli texnoloji həmləmizi birlikdə gerçəkləşdirməyi davam etdirəcəyik" - deyə paylaşımda qeyd olunub.
Türkiyə Prezidenti digər paylaşımında isə "Akıncı ile Azərbaycanda" yazıb.