“Twitter” İlon Maskı məhkəməyə verdi

“Twitter” İlon Maskı məhkəməyə verdi

“Twitter” investorları İlon Maskı məhkəməyə veriblər.


Sfera.az bildirir ki, qaldırılan iddiada Maskın Kaliforniya korporativ qanunlarını bir neçə yolla pozduğu qeyd edilib. Mask “Twitter”in San-Fransiskodakı baş qərargahında xaosa səbəb olan təhriflərə və bazar manipulyasiyasına görə "vəzifə səlahiyyətlərindən sui-istifadə"də ittiham olunub. İş adamı şirkəti almaqla bağlı hər səhm üçün 54,20 dollar təklif edib. Amma Maskın satınalmanı dayandırma qərarından sonra “Twitter” səhmləri təxminən 27 faiz ucuzlaşıb.


İddiada, həmçinin qeyd olunub ki, İlon Mask “Twitter”dəki payını və şirkətin idarə heyətinin üzvü olmaq planını açıqlamağı gecikdirməklə maddi fayda əldə edib. Həmçinin 95 milyondan çox izləyicisi olan iş adamının bir neçə paylaşımının “yanıldıcı” olduğu iddia edilib. Onların arasında Maskın saxta hesabların sayı ilə bağlı şübhələrini ifadə etdiyi və satış müqaviləsini dayandırdığını açıqladığı tvit də var.


“Twitter” investorlarını təmsil edən hüquqşünas Frank Bottini BBC-yə açıqlamasında, "San-Fransiskoda açdığımız iddia Maskın qanunsuz davranışına görə məsuliyyət daşıması məqsədini daşıyır", - deyə bildirib.

 

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR