“6 milyonu ödəməyə hazıram” - Vilyam Hacıyev

“6 milyonu ödəməyə hazıram” - Vilyam Hacıyev

Külli miqdarda rüşvət alma ittihamı ilə həbs edilmiş İmişli İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prosesdə V.Hacıyev sərbəst ifadə verib. O bildirib ki, mənimsəmə faktları ilə heç bir bağlılığı yoxdur. İcra Hakimiyyətlərinin rəhbərinin büdcədən ayrılan vəsaiti nəğdləşdirməsi mümkün deyildir: “Podratçı şirkətlər mənə pul verdiklərini deyirlər. Amma ortada sübut yoxdur. Mən də durum deyim ki, onlara filan qədər pul vermişəm. Məgər bu, sübutdur?! Niyə 8 il ərzində hüquq-mühafizə orqanlarına şikayət edilməyib?! Hörmətli məhkəmə, baxmayaraq ki, ittiham aktında göstərilən məbləğləri mən mənimsəməmişəm, amma mənimsəmə mənim dövrümdə olduğu üçün mən yaxın qohumlarımın vəsaiti hesabına dövlətə dəymiş ziyanın bərpası üçün 6 milyon manat ödəməyə hazıram. Sizdən lazımi cavab gözləyirəm”.

 

Daha sonra sabiq başçı qanunsuz silah saxlamada ittiham olunduğu maddə üzrə danışıb. O bildirib ki, həmin silahı illər öncə rəsmi sənədli şəkildə silah mağazasından alıb: “Silahın həqiqətən sənədli şəkildə alınmasına dair mağazaya sorğu verib cavab almışıq. Cavabı məhkəməyə də təqdim etmişik. Əgər onun patronlarının içindəki barıtın miqdarının bir neçə qram çox olduğunu yalnız ekspertiza müəyyən edə bilirsə, bir alıcı kimi mən hardan bilim ki, patronda nə qədər barıt var?!”.

 

V.Hacıyev rüşvət ittihamlarına cavab olaraq heç kimdən rüşvət almadığını deyib: “Mənim həbsimdən sonra yüzlərlə imişlili Prezidentə müraciət edərək azadlığa buraxılmağımı istəyib. Yaşımı və dəymiş ziyanı ödəmək niyyətimi nəzərə alaraq barəmdə humanist qərar çıxarmağınızı xahiş edirəm”.

 

Daha sonra dövlət ittihamçısı sabiq başçıya suallar verib. Prokuror soruşub ki, DTX-nin əməliyyatı zamanı V.Hacıyevin Bakıdakı mənzilindən çıxan 2,5 milyon dolları, 1 milyon avro, 55 min manat və digər valyutalarda çıxan pulların (ümumilikdə 6,3 milyon manat) mənbəyi hardandır. Vilyam Hacıyev pulların həyat yoldaşının babasından miras qaldığını və qohumlarına məxsus olduğunu bildirib.

 

O, digər sualları cavablandırmaq istəməyib.

 

Proses iyunun 4-də davam etdiriləcək.

 

Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.


 


OXŞAR XƏBƏRLƏR

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacib...

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...

Aparıcının qızı xəstəxanalıq oldu - FOTO

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub.    Sfera.az xəbər verir ki, gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda...