ABB “Teknofest” Festivalında startapları dəstəkləyir

ABB “Teknofest” Festivalında startapları dəstəkləyir

Bu gündən Azərbaycanda "Teknofest-Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı başlanıb.

 

Festival çərçivəsində təşkil olunan "TAKE OFF BAKU" startap sammitinin əsas təşkilatçısı ABB-dir. ABB özünün İnnovasiya Mərkəzinin imkanlarından faydalanaraq qlobal bazarlara çıxış potensialına malik startapların, xarici və yerli investorların cəlb olunmasında yaxından iştirak edib. Sammit zamanı investorlar, şirkətlər, xarici mentorlarla görüşlər keçiriləcək, startapların təqdimatı və mükafatlandırılması olacaq.

 

"Teknofest" Festivalı 2018-ci ildən keçirilir. Festivalın təşkilatçıları Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və "Baykar Makina" şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfıdır (T3 Vakfı). Türkiyənin 60-dan çox dövlət qurumu, ali məktəbi, özəl şirkəti bu tədbirin tərəfdaşıdır. "Teknofest"in məqsədi gənclərə, tələbələrə, məktəblilərə, startaplara və sahibkarlara geniş fürsətlər yaratmaqdır. Müsabiqədə ilk 3 yeri qazanan startaplar üçün 15 000 USD, 10 000 USD və 5 000 USD dəyərində maliyyə dəstəyi təqdim olunacaq.

 

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz bu tədbirə ilk dəfədir ki, ev sahibliyi edir. Festival Baku Crystall Hall və Dənizkənarı Milli Parkda keçirilir. Festival haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

 


OXŞAR XƏBƏRLƏR