Azərbaycan dövləti xarici borcunu hansı valyutalarda alır?

Azərbaycan dövləti xarici borcunu hansı valyutalarda alır?

Azərbaycan dövlətinin xarici borcu ötən il 1,165 milyard manatdan çox azalaraq 13,831 milyard manata düşüb.

 

Sfera.az Hesablama Palatasına istinadən xəbər verir ki, xarici dövlət borcunun məbləğinin azalmasından sonra onun ÜDM-yə nisbəti 20,7 faizdən 14,9 faizə enib.

 

Hesablama Palatası bildirir ki, xaricdən kredit sazişləri üzrə cəlb olunması nəzərdə tutulan vəsait 11,48 milyard dollardır. Azərbaycan onun 8,136 milyard dollarını (13,831 milyard manat) alıb və istifadə edib. İstifadə edilən hissə dövlətin xarici borcuna aiddir. Hələ istifadə edilməyən məbləğ isə 3,344 milyard dollardır (5,685 milyard manat).

 

Azərbaycan xarici dövlət borcunu daha çox ABŞ dollarında alır. İstifadə edilən borcun 6,451 milyard dolları, yəni 79,3 faizi ABŞ valyutasında, 348 milyon dolları avroda, 296 milyon dolları xüsusi borclanma hüququnda, 248,8 milyon dolları yapon yenində, 50,1 milyon dolları digər valyutalardadır.

 

Xarici dövlət borcunun çox hissəsi dövlət şirkətləri tərəfindən cəlb edilib. Maliyyə Nazirliyinin borcu 3,492 milyard dollar (xaricdə yerləşdirilən dövlət istiqrazları üzrə 2,637 milyard dollar), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin borcu 1,346 milyard dollar, “Azərsu” ASC-nin borcu 899,4 milyon dollar, “Azərbaycan Dəmir Yolları” QSC-nin borcu 838,7 milyon dollar, “Meliorasiya və su təsərrüfatı” ASC-nin borcu 295 milyon dollar, Naxçıvan MR-nın “Meliorasiya və Su təsərrüfatı Agentliyi”nin borcu 192,3 milyon dollar, Kənd Təsərrüfatı Nazirliyinin borcu 180,8 milyon dollar, digərləri 892 milyon dollar təşkil edib.


OXŞAR XƏBƏRLƏR