Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

09:46 / 26.05.2022
200
31 may saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq.
Sfera.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilir ki, növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlanacağı tarix barədə
ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.